Xroniki iltihabi dəri xəstəlikləri

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus)

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) bədənin müxtəlif hissələrini, xüsusən də ağız və cinsiyyət bölgəsinə təsir edən bir dəri xəstəliyidir. Nadir hallarda dırnaqlarda və tük köklərində müşahidə edilir. İnfeksiya xəstəliyi olmadığı üçün yoluxucu xarakter daşımır. Hər yaşda baş verə bilər, lakin əksər hallarda 30-60 yaş qrupundan insanlarda rast gəlinir.

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin səbəbi

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyin dəqiq səbəbi bilinməsə də, ətraf mühit faktorları və autoimmun xəstəliklərlə əlaqəli olduğu düşünülür.

Qırmızı Yastı Dəmrova (Lichen Ruber Planusa) səbəb olan amilləri aşağıdakı kimi sıralamaq olar:

  • genetik meyl
  • stress
  • hepatit c
  • qızıl
  • yodlaşdırılmış birləşmələr
  • bəzi dərmanlar (malyariya, hipertoniya, diabet və ürək xəstəliklərinin müalicəsində istifadə olunan)
  • sidikqovucu preparatları (diuretiklər)
  • bəzi antihistamin dərman preparatları
  • müxtəlif növ boyalar

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin simptomları

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) dəridə 3-5 mm ölçüdə çoxsaylı parlaq və qabarıq səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur. Dəridəki kiçik qabarlar birləşərək daha böyük yığınlar əmələ gətirə bilər. Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) bədən boyunca əsasən simmetrik bir paylanmaya malikdir. Nadir hallarda, yalnız bədənin müəyyən bir hissəsində yerləşə bilər. Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) vaginanın daha dərin yerlərinə təsir edərək vaginitə səbəb ola bilər. Qırmızı Yastı Dəmrovdan (Lichen Ruber Planusdan) ən çox təsirlənən nahiyələr; bilək və topuq, dirsək və bel. Dərinin qaşındığı və ya paltara sürtüldüyü nahiyələrdə yeni yaraların əmələ gəlməsi xarakterikdir. Ona görə də xəstələr rahat paltarlara üstünlük verməli və dərilərini qıcıqlandırıcı faktorlardan qorumalıdırlar.

Dəridə inkişaf edən qırmızı yastı dəmrovun (lichen ruber planusun) simptomları:

  • birdən meydana gələn və aylarla davam edə bilən dəri səpgisi
  • salxımlı, parlaq, yuxarı qalxmış, qırmızımtıl və ya bənövşəyi hamar qabarcıqların əmələ gəlməsi
  • yaranan papül lezyonlarının diametri 3-5 millimetrdir
  • papüllərdə wickham xətləri kimi ifadə olunan ağ zolaqların inkişafı
  • güclü qaşınma hissi, xüsusən də gecələr

Əl və ayaq biləyi ilə yanaşı, dirsək və bel nahiyəsi də qırmızı yastı dəmrovdan (lichen ruber planusdan) ən çox təsirlənən nahiyələr arasındadır. Bununla belə, qeyd etmək lazımdır ki, qırmızı yastı dəmrov (lichen ruber planus) bədənin müxtəlif digər hissələrində də baş verə bilər.

Ağızda inkişaf edən qırmızı yastı dəmrovun (lichen ruber planusun) simptomları:

  • dildə və ya dodaqlarda, xüsusən də yanaqların daxili hissəsində ağ zolaqlar
  • ağrı və ya qaşınma olmasa da getməyən zolaqlar
  • diş ətlərində qızartı və qabarıqlıq kimi dəyişikliklər
  • təkrarlanmağa meylli olan ağrılı ağız yaralarının inkişafı
  • ağızda metalik dad və ya dad hissi ilə atrofiya
  • ağızda quruluq
  • ədviyyatlı, xırtıldayan qidalar və ya pomidor olan məhsulları qəbul etdikdən sonra simptomların ağırlaşması

Penisdə inkişaf edən qırmızı yastı dəmrovun (lichen ruber planusun) simptomları.

Kişilərdə penis nahiyəsində qırmızı yastı dəmrov (lichen ruber planus) inkişaf etdikdən sonra müxtəlif simptomlar meydana gələ bilər. Penisin başında bənövşəyi və ya ağ halqavari ocağın inkişafı və qaşınmayan səpgilər ümumiyyətlə bu nahiyədəki göbələk infeksiyalarına bənzəyir. Buna görə də bu iki vəziyyəti qarışdırmamaq çox vacibdir.

Vagina və vulvada inkişaf edən qırmızı yastı dəmrovun (lichen ruber planusun) simptomları.

Kişilərdə olduğu kimi qadınların cinsiyyət orqanlarında da qırmızı yastı dəmrov (lichen ruber planus) meydana gələ bilər. Ağızda olanlara bənzər vulvada ağ zolaqlarla müşahidə olunan qırmızı yastı dəmrov (lichen ruber planus) adətən qaşıntılı və ya ağrılı bir dövr keçirmir. Səpginin ətrafındakı dəri qırmızı rəngini dəyişə bilər. Labium minus, vagina bölgəsinin daxili hissəsində yerləşən kiçik dodaq quruluşlarına aiddir. Bu strukturlar təsirlənərsə, onların daraldığını və ətrafdakı digər toxumalara yapışdığını müəyyən etmək olar.

Vagina adətən qırmızı rəngdədir. Çapıq toxumasının inkişafı ilə vaginanın xarici görünüşündə pozulma baş verə bilər. Bu bölgədəki qırmızı yastı dəmrov (lichen ruber planus) vaginanın daxili hissələrinə təsir göstərərək desquamative (soyulan) vaginitin inkişafına səbəb ola bilər.

Follikulyar qırmızı yastı dəmrovun (lichen ruber planusun) simptomları

Saç köklərində saçların böyüməsini təmin edən strukturlara tük follikulu deyilir. Bu strukturlarda inkişaf edən qırmızı yastı dəmrovdan (lichen ruber planusdan) sonra baş dərisində qıcıqlanma və qızartı kimi şikayətlər meydana gələ bilər. Bu qırmızı yastı dəmrov (lichen ruber planus) tipi eyni zamanda qalıcı saç tökülməsinə səbəb ola biləcəyi üçün diqqətli olmaq tövsiyə olunur.

Qırmızı yastı dəmrovun (lichen ruber planusun) meydana gəldiyi bu nahiyələrdən başqa nadir hallarda anus, eşitmə borusu, göz qapağı və yemək borusu kimi nahiyələrdə də qırmızı yastı dəmrov (lichen ruber planus) meydana gələ bilər.

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin diaqnozu

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin klinik görünüşü tipikdir və xəstəliyə dermatoloq tərəfindən asanlıqla diaqnoz qoyulur. Bəzi hallarda qırmızı yastı dəmrovun (lichen ruber planusun) qan təzyiqi, malyariya, şəkərli diabet və yoluxucu xəstəliklərdə istifadə edilən dərmanlardan qaynaqlandığı müşahidə edilmişdir. Müayinə zamanı istifadə olunan bütün dərmanların dəri həkiminə bildirilməsi diaqnozu asanlaşdıran amillərdəndir. Qeyri-tipik səpgilərin qəti diaqnozu üçün dermatoloq müxtəlif testlər tələb edə bilər. Dəri həkiminiz simptomlarınız, tibbi tarix, fiziki müayinə və zəruri hallarda laboratoriya testlərinin nəticələri əsasında qırmızı yastı dəmrov (lichen ruber planus) diaqnozunu qoyacaq.

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) diaqnozu üçün dermatoloqun tələb edə biləcəyi laboratoriya testlərinə aşağıdakılar daxil ola bilər:

  • Biopsiya: Bu, zədələnmiş nahiyədən dəri nümunəsinin götürülməsi və mikroskop altında araşdırılması prosedurudur.
  • Hepatit C testi: Elmi tədqiqatlar göstərir ki, Hepatit C virusu qırmızı yastı dəmrov (lichen ruber planus) xəstəliyini qıcıqlandırır. Dəri həkimi-dermatoloq xəstəliyin diaqnozunu təsdiqləmək və müalicə variantlarını qiymətləndirmək üçün Hepatit C testini zəruri hesab edə bilər.
  • Allergiya testləri: Allergenlər qırmızı yastı dəmrov (lichen ruber planus) xəstəliyinin ortaya çıxmasında mühüm rol oynayır. Dermatoloqunuz qırmızı yastı dəmrov (lichen ruber planus) xəstəliyinə səbəb ola biləcək bir allergiyanın olub-olmadığını müəyyən etmək üçün müxtəlif allergiya testləri tələb edə bilər.

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin müalicəsi

Qırmızı Yastı Dəmrovun (Lichen Ruber Planusun) bilinən qəti müalicəsi yoxdur. Müalicənin əsas məqsədi simptomları azaltmaq və dəri səpgilərinin sağalmasını sürətləndirməkdir. Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) hər bir xəstədə bədənin müxtəlif nahiyələrində yerləşə bilər. Buna görə də qırmızı yastı dəmrov (lichen ruber planus) xəstəliyinin müalicə protokolu dəyişir. Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) adətən bir neçə il davam edən uzunmüddətli xəstəlikdir; ağız səpgiləri daha ağır ola bilər və uzun müddət davam edə bilər. Xəstəlik xərçəngin bir forması olmasa da, təqib və müalicənin davamlı olması vacibdir.

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin müalicəsi zamanı istifadə olunan dərman və üsulları aşağıdakı kimi sıralamaq olar:

  • Kortikosteroidlər. Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin müalicəsi üçün ilk seçim kortikosteroid tərkibli krem ​​və ya məlhəmdən istifadə etməkdir. Kremlər səpgilər üzərində müsbət nəticə vermədikdə dəri həkimi-dermatoloq kortikosteroid həbləri və ya inyeksiyaları təyin edə bilər.
  • Antihistaminik dərmanlar. Bəzi hallarda qırmızı yastı dəmrov (lichen ruber planus) şiddətli qaşınma ilə müşayiət olunur. Dərinin qaşıması yeni səpgilərin yaranmasına səbəb olur. Antihistaminiklər qaşınmanı aradan qaldırır və yeni səpgilərin yaranmasının qarşısını alır.
  • Fototerapiya. Psoralen Ultra-Violet A (PUVA) kimi tanınan fototerapiya üsulu qırmızı yastı dəmrov (lichen ruber planus) səpgilərinin təmizlənməsində çox təsirlidir. Bu üsul dərinin yalnız üst qatına nüfuz edən ultrabənövşəyi şüalardan istifadə edir. Dermatoloq fototerapiya seanslarını xəstənin dəri tipi və dəri rəngi nəzərə alınaraq təyin edir.

Qırmızı Yastı Dəmrov (Lichen Ruber Planus) xəstəliyinin fəsadları

  • Qırmızı Yastı Dəmrovu (Lichen Ruber Planusu) vulvada və vaginada kontrolda saxlamaq çətin ola bilər, şiddətli ağrıya və bəzən yaralara səbəb olur.
  • Ağız yaraları yeməyinizə təsir edə bilər.
  • Təsirə məruz qalan dəridə, xüsusilə tünd dərili insanlarda, səpgidən geriyə bir qədər tünd rəngli izlər qala bilər.
  • Oral qırmızı yastı dəmrov (lichen ruber planus) ağız xərçəngi riskini artırır.
  • Eşitmə borusunda inkişaf edən qırmızı yastı dəmrov (lichen ruber planus) müalicə olunmazsa, eşitmə itkisinə səbəb ola bilər.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button