Dəri törəmələri/Dəri xərçəngi

Yastıhüceyrəli Dəri Xərçəngi

Yastıhüceyrəli Dəri Xərçəngi və ya Skvamoz-Hüceyrəli Karsinoma dəridə hüceyrələrin böyüməsi ilə başlayan bir xərçəng növüdür. Skvamoz adlı hüceyrələrdə başlayır. Skvamoz hüceyrələr dərinin orta və xarici təbəqələrini təşkil edir. Squamous Cell Carcinoma (Skvamoz-Hüceyrəli Karsinoma) dəri xərçənginin ümumi növüdür. O, atipik dəyişmiş keratinositlərdən əmələ gələn dəri və selikli qişaların bədxassəli epidermal invaziv şişidir.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) bəzən metastaz verə bilər  və ölümcül ola bilər.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) kimlərə təsir edir?

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xüsusilə yaşlı kişilərə təsir edir. Bununla birlikdə, qadınlara və gənclərə də təsir edir.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) risk faktorları

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) risk faktorlarına aiddir:

  • Tibbi tarixçədə squamos cell carcinoma (yastıhüceyrəli dəri xərçəngi) və ya başqa dəri xərçənginin (bazal hüceyrəli karsinoma, melanoma) olması
  • Aktinik keratozlar
  • Açıq havada işləmək
  • Siqaret çəkmək
  • Əvvəlki dəri zədəsi, termal yanıq, xəstəlik (məsələn,  dəri lupusu  epidermoliz büllozası, ayaq xorası )
  • Digər risk faktorlarına insolyasiya, üç valentli arsenin duzları, ionlaşdırıcı radiasiya, şüa terapiyası, elektron şüalanma, Bukk şüaları, orqanların transplantasiyasında immunosupressiv terapiya, xlormetinin yerli terapiyası, sənaye konserogenləri, fotokimyəvi terapiya və s. aiddir.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin formaları

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçəngi klinik olaraq? nodulyar və xoralı formaları ayırd edilir:

  • Nodulyar Forma. qırmızımtıl-çəhrayı rəngli və ya normal dəri rəngli az hərəkətli bərk düyün, 2-3 sm və ya daha böyük diametrli, asanlıqla qanayan, xoralaşan və nekrotikləşən; və ya ziyili xatırladan pulcuqlarla, qartmaq və ya ziyilli artımlarla örtülmüş qəhvəyi-qırmızımtıl lövhəciklərin olması.
  • Xoralı Forma. səthi və dərin ola bilər, çox vaxt regional limfa düyünlərinə metastazlarla müşayiət olunur. səthi növü qeyri-düzgün formalı, aydın kənarları olan, qəhvəyi qartmaqla örtülmüş səthi xoranın əmələ gəlməsi ilə xarakterizə olunur; periferiya boyunca yayılır. dərin növü dik kənarlı, piyli, kələ-kötür, sarımtıl-qırmızımtıl dibi olan dərin xora ilə xarakterizə olunur; periferiya boyunca və dərinliyə yayılır.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin simptomları

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin simptomları:

  • böyüyən pullu və ya qabıqlı topaklar şəklində özünü göstərir. onlar adətən əvvəldən mövcud olan aktinik keratoz və ya intraepidermal karsinomada yaranır.
  • həftələr və aylar ərzində böyüyür
  • yaraya dönə bilər
  • həssas və ya ağrılı olur
  • günəşə məruz qalan yerlərdə, xüsusən də üz, dodaqlar, qulaqlar, əllər, qollar və ayaqların aşağı hissəsində yerləşir.
  • ölçüsü bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişir.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin çox gecikmiş simptomları: şiş böyüyərək, ağrı hissiyyatı əmələ gəlir və yaxınlıqdakı limfa düyünlərinə metastaz verir.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin riskə görə təsnifatı

Şişin təkrarlanma və metastaz ehtimalından asılı olaraq dəri Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçəngi aşağı riskli və ya yüksək riskli olaraq təsnif edilir.

Yüksək riskli Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin xüsusiyyətlərinə aşağıdakılar daxildir:

  • diametri 2 sm-dən çox və ya ona bərabərdir
  • qulaqda, dodağın içəri tərəfində, üzün mərkəzində, əllər, ayaqlar, cinsiyyət orqanında yerləşməsi
  • yaşlı və ya immuniteti zəif olan xəstələrdə yaranır
  • histoloji qalınlığı 2 mm-dən çox, fərqlənən histoloji və ya dərialtı toxuma, sinir və qan damarlarının invaziyası ilə

Metastatik Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) regional limfa düyünlərində (80%), ağciyərlərdə, qaraciyərdə, beyində, sümüklərdə və dəridə olur.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) dəri xərçənginin dərəcələri

  • I dərəcə – diametri 2 sm-dən çox olmayan, dermadan dərinə nüfuz etməyən, hərəkətli, limfa düyünlərinə metastaz verməyən şiş (xora).
  • II dərəcə – diametri 2-5 sm, dərinin bütün qalınlığı boyunca böyüyən və ya regionar limfa düyünlərinə tək metastazı olan şiş.
  • III dərəcə – diametri 5 sm-dən çox, aşağıda yerləşən yumşaq toxumalara nüfuz edən və ya limfa düyünlərinə çoxlu metastazlar verən şiş.
  • IVdərəcə – sümüyə və ya qığırdaqlara nüfuz edən və ya hərəkətsiz limfa düyünlərinin metastazları ilə uzaq metastazları olan şiş.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin diaqnozu

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin diaqnozu klinik əlamətlərə əsaslanır. Diaqnoz və histoloji alt tip dəri həkimi tərəfindən diaqnostik biopsiya və ya kəsildikdən sonra patoloji olaraq təsdiqlənir.

Yüksək riskli Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçəngi olan fərdlər də onun limfa düyünlərinə və ya başqa yerə yayıldığını müəyyən etmək üçün mərhələli tədqiqatlardan keçə bilərlər.

Bunlara aşağıdakılar daxil ola bilər:

  • Ultrasəs müayinəsi, Rentgen şüaları, CT, MRT istifadə edərək görüntüləmə
  • Limfa düyünü və ya digər toxuma biopsiyası.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin müalicəsi

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçəngi demək olar ki, həmişə cərrahi yolla müalicə olunur. Əksər hallarda görünən bir şiş ətrafında 3-10 mm -lik normal toxuma ilə birlikdə kəsilir. Qüsuru düzəltmək üçün flap və ya dəri transplantasiyası tələb oluna bilər.

Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin müalicəsi üsullarına aşağıdakılar daxildir:

  • Gövdə və ətraflarda aşağı riskli şişlər üçün təraş, küretaj və elektrokoteriya
  • Çox kiçik, nazik, aşağı riskli şişlər üçün kriyoterapiya
  • Qeyri-müəyyən kənarları və ya təkrarlanan şişləri olan böyük üz törəmələri üçün Mohs mikroqrafik cərrahiyyə
  • Əməliyyat oluna bilməyən şişlər, cərrahiyyə üçün yararsız pasiyentlər və ya köməkçi kimi radioterapiya.

Metastatik Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin müalicəsi

Metastatik Squamos Cell Carcinoma (Yastıhüceyrəli Dəri Xərçəngi) xərçənginin müalicəsi zamanı tez-tez müalicə üsulları birlikdə istifadə olunur.

  • Cərrahiyyə
  • Radioterapiya
  • Cemiplimab
  • Epidermal böyümə faktoru reseptor inhibitorlarından istifadə edərək eksperimental hədəflənmiş terapiya

Oxşar məqalələr


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button