Allergik dəri xəstəlikləri

Kontakt Dermatit

Kontakt Dermatit nədir?

Kontakt Dermatit (təmas eqzeması da adlanır) törədicinin birbaşa təması nəticəsində baş verən dəri reaksiyasıdır. Dermatit termini dərinin xarici təbəqələrinin təsirləndiyini nəzərdə tutur. Kəskin (bir epizod) və ya xroniki (davamlı) ola bilər. Dermatit demək olar ki, həmişə qaşınma ilə müşahidə olunur.

Kontakt Dermatit bir neçə növü var. Bu məqaləmizdə biz ən çox görülən iki kontakt dermatit növünə nəzər salacağıq:

  • Qıcıqlandırıcı Kontakt Dermatiti
  • Allergik Kontakt Dermatiti

Kontakt Dermatitin səbəbləri

Kontakt Dermatitin səbəbləri – qıcıqlandırıcılar və ya allergenlərdir.

Qıcıqlandırıcı Kontakt Dermatiti

Qıcıqlandırıcı Kontakt Dermatiti, dəri ilə təmasda olan zəhərli maddələrə qarşı qeyri-spesifik iltihablı reaksiyadır. Çoxlu maddələr dərini qıcıqlandıra bilər, o cümlədən

  • Kimyəvi maddələr (məsələn, turşular, qələvilər, həlledicilər, metal duzları)
  • Sabunlar (məsələn, pilinqlər, yuyucu vasitələr)
  • Bitkilər (məsələn, bibər)
  • Xroniki nəmlik (məsələn, bədən mayeləri, sidik və tüpürcəkdən)

Qıcıqlandırıcının xüsusiyyətləri, ətraf mühit və xəstənin xüsusiyyətləri Qıcıqlandırıcı Kontakt Dermatitinin inkişaf riskinə təsir göstərir. 

Qıcıqlandırıcı Kontakt Dermatiti aşağıdakı kimi təsnif edilir:

  • kəskin Qıcıqlandırıcı Kontakt Dermatiti: kimyəvi maddələr kimi güclü qıcıqlandırıcılar dərini dərhal zədələyə bilər, adətən kəskin yanma və ya sancma hissi ilə özünü göstərir.
  • Qıcıqlandırıcı Kontakt Dermatiti: Zəif qıcıqlandırıcılar daha uzun (xroniki) və ya təkrarlanan (kumulyativ-toksiki) təmasla dərini zədələyirlər; bu formalar adətən qaşınma ilə özünü göstərir.

Peşə Dermatiti, işlə bağlı dəri qıcıqlandırıcılarından birinin və ya bir neçəsinin səbəb olduğu Qıcıqlandırıcı Kontakt Dermatiti növüdür. Kəskin, xroniki və ya kumulyativ-toksiki ola bilər.

Fototoksik Dermatiti, topikal (məsələn, ətir, kömür qatranı) və ya qəbul edilən (məsələn, psoralenlər) qıcıqlandırıcının yalnız ultrabənövşəyi işığa məruz qaldıqdan sonra dəri toksininə çevrildiyi bir variantdır.

Allergik Kontakt Dermatiti

Allergik Kontakt Dermatiti ləng tipli reaksiya olub dərinin allergenlə təması nəticəsində meydana çıxır. Allergik Təmas Dermatiti ekzematoz dermatit sayılır. Xəstəliyin təzahür etməsi üçün sensibilizasiyanın olması vacibdir, allergiya müəyyən kimyəvi maddəyə qarşı spesifik reaksiya sayılır; allergenlər adətən aşağı molekulyar çəkiyə malikdirlər, lipiddə həll olunandırlar və yüksək reaksiya vermək qabiliyyətindədirlər.

Tipik allergenlərə aşağıdakılar aiddir:

  • metallar (məsələn, nikel və xrom);
  • əlcəklərin və ayaqqabıların materialına əlavə olunan rezin əlavələr (karbamatlar, tiuramlar, merkapto-benzatiazol);
  • konservantlara və ya müxtəlif məhsullara əlavə olunan qatqılar (məsələn, dəri üçün losyonlar, günəşdən qorunma vasitələri və digər kosmetika və gigiyena məhsulları);
  • aromatizatorlar və aromatik əlavələr;
  • boyaqlar;
  • formaldehid və ona yaxın maddələr;
  • dırnaq üçün laklara əlavə olunan qatqılar;
  • həmçinin yerli dərman preparatları (məsələn, baktrasin, neomisin, hidrokortizon).

Fotoallergik Kontakt Dermatiti, bir maddənin yalnız ultrabənövşəyi işığın səbəb olduğu struktur dəyişikliyinə məruz qaldıqdan sonra həssaslaşdığı Allergik Kontakt Dermatitinin bir variantıdır. Reaksiyalar günəşə məruz qalmayan dəriyə yayıla bilər. Tipik səbəblərə ətirlər (məsələn, müşk ambreti, səndəl ağacı), qeyri-steroid iltihab əleyhinə dərmanlar və günəşdən qoruyucu kremlər daxildir.

Kontakt Dermatitin simptomları

Qıcıqlandırıcı Kontakt Dermatitinin səciyyəvi əlaməti eritema, quruluq, ağrılı çatlar və qabıqlanmadır. Vezikullar da yarana bilər, lakin onlar səciyyəvi deyil. Ağrı və göynəmə simptomları olduqca geniş yayılmışdır. Göynəmə çox vaxt qaşınmadan güclü olur.

  • Kəskin qıcıqlandırıcı kontakt dermatiti sulanan və şişkin eritematoz ləkəli fonda sulanan papulalar və ya vezikulalar ilə təzahür edə bilər.
  • Xroniki və ya Kumulyativ-toksiki qıcıqlandırıcı kontakt dermatiti lixenifikasiya, eritematoz ləkələr, çatlar, ekskoriasiya və qabıqvermə ilə səciyyələnir.

Allergik Kontakt Dermatitinin səciyyəvi əlaməti vezikula, ödem, qızartı və çox vaxt intensiv qaşınma sayılır. Güclü allergenlər, məsələn, zəhərli sarmaşıq qovuqların əmələ gəlməsinə səbəb olur. Əvvəlcə dermatit yalnız birbaşa təmas yerinə yayılır. Əgər bu təmas xronik xarakter daşıyırsa, allergik dermatit birincili təmas nahiyəsindən kənara yayıla bilər. Qaşınma və ödem anamnezdə ən başlıca əlamətlərdən sayılır və allergiyanın olmasını göstərir.

Fotoallergik Kontakt Dermatiti səciyyəvi olaraq bədənin açıq sahələrini: üzü, boynu, saidi və əlin üstünü zədələyir. Çənəaltı, yuxarı göz qapaqları və qulaqarxası sahələr adətən zədələnmir.

Peşə Allergik Kontakt Dermatiti çox vaxt ovucları zədələyir; allergen hava mənşəli olarsa və ya o, əllərdən üzə dolayı ötürülürsə, üz və göz qapaqları də zədələnə bilər.

Kontakt Dermatitin diaqnozu

Kontakt Dermatitin diaqnozu dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkim – dermatoloq tərəfindən,

  • Klinik Qiymətləndirmə (dəri dəyişiklikləri və qıcıqlandırcıya məruz qalma tarixi),
  • hər hansı ağır və ya davamlı kontakt dermatit vəziyyətində kontakt allergenlərini müəyyən etmək üçün Allergiya Testləri əsasında qoyulur.

Kontakt Dermatitin müalicəsi

Kontakt Dermatitin səbəbləri müəyyən edildikdən sonra onlarla birbaşa təmasdan uzaq durmaq lazımdır. Ancaq kontakt dermatitin səbəbi nə olursa olsun, dərinin bariyeri pozulmuşdur və qıcıqlandırıcılara məruz qaldıqda daha çox dermatit meydana gələ bilər.

  • Sabundan uzaq durun – həssas dərilər üçün uyğun pH balanslı təmizləyici məhsullar istifadə edin.
  • Əl Dermatitinin müalicəsi və qarşısının alınması üçün sürtünmədən, yuyucu vasitələrdən, torpaqdan, bitkilərdən, boyalardan, dizeldən və s. qarşı qorumaq üçün müvafiq əlcəklər geyin.
  • Yuyunduqdan sonra dərini yaxşı qurulayın.

Səpgi qısa bir kurs yerli kortikosteroid kremləri ilə müalicə edilə bilər. Dəri bariyeri bərpa edildikdən sonra belə tez-tez nəmləndiricilər istifadə edilməlidir.

Şiddətli kontakt dermatiti sistemik kortikosteroidlərin, məsələn, oral prednizonun qısa kursu ilə müalicə etmək olar. Bəzən xroniki kontakt dermatit üçün fototerapiya sınana bilər və ya metotreksat, siklosporin və ya azatioprin kimi immunosupressiv dərmanlar təyin oluna bilər.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button