Dəri törəmələri/Dəri xərçəngi

Ksantelazma

Ksantelazma nədir?

Ksantelazma – göz qapağının dərisində lokallaşan yastı ksantomadır.

Ksantomalar – lipidlərin dəridə və başqa toxumalarda toplanması nəticəsində yaranır. Ksantomalar sarı-qəhvəyi, çəhrayı və ya narıncı rəngdə törəmələrdir. Bunlar ləkə (yastı ksantomalar), düyüncüklər (eruptiv ksantomalar), lövhəciklər (ksantelazma), düyünlər (qabaran ksantomalar) və ya infiltratlar (vətər ksantomaları) şəklində rast gəlirlər. Ksantomalar ksantom hüceyrələrin yığılması nəticəsində yaranır. Əksər hallarda Lipid mübadiləsi pozulduqda (birincili və ikincili hiperlipoproteidemiya), histiositozlar zamanı yaranırlar. Bəzi hallarda isə lipidlərin səviyyəsi normada olduqda belə ksantomalara rast gəlinir.

Xəstələrin yarısında ksantelazma dəri törəməsinin yaranmasına hiperlipoprotoidimiya səbəb olur (ailəvi hiperxolesterinemiya) 50 yaşdan yuxarı insanlarda müşahidə olunur. Göz qapaqlarında qeyri-düzgün şəkilə malik sarımtıl-narıncı rəngdə yumşaq papulalar və lövhəciklər yaranır.

Ksantelazma olması başqa bir vəziyyətin göstəricisi ola bilər,

Məsələn:

  • diabet
  • hiperlipidemiya (yüksək xolesterol)
  • tiroid problemləri

Tədqiqatçılar, ksantelazma dəri törəməsinə sahib olmağın, gələcəkdə aşağıdakı vəziyyətlərin baş vermə riskinin artırdığını qeyd edirlər:

  • ürək xəstəliyi
  • ateroskleroz (xolesterol səviyyəniz normal olsa belə)
  • yüksək xolesterol

Ksantelazma kimə təsir edir?

Ksantelazma dəri törəməsi olan insanların yarısında yüksək xolesterol səviyyəsi var. Bu vəziyyət, yüksək xolesterola sahib valideynləri və ya müəyyən qaraciyər xəstəlikləri olan fərdlərdə müşahidə olunur. Bununla birlikdə, ksantelazma dəri törəməsi olan insanların digər 50% -ində yüksək xolesterol yoxdur.

Ksantelazma üçün risk faktorlarına qadın cinsinə mənsub olmaqla yanaşı aşağıdakılar da daxildir:

  • artıq çəki
  • tütün məhsulu vərdişi
  • yüksək xolesterol
  • diabet
  • yüksək qan təzyiqi
  • ailədə yüksək xolesterol və ya ksantelazma tarixi

Ksantelazma dəri törəməsi, qadınlarda 1,1%, kişilərdə isə 0,3% nisbətində görülür. Ksantelazma dəri törəməsinin müşahidə edildiyi yaş aralığı isə 35 ilə 55 yaş arasındadır.

Ksantelazma simptomları

Ksantelazma – göz ətrafında, adətən alt və ya yuxarı göz qapaqlarında simmetrik olaraq yerləşmiş lövhələr şəklində müşahidə edilən yumşaq və ya sərt, sarı rəngli dəri törəməsidir. Daha çox orta və irəli yaşlarda müşahidə olunur.

Ksantelazma səbəbi

Ksantelazma dəri törəməsinin dəqiq səbəbi məlum deyil. Onun qan lipidləri ilə əlaqəsi tam aydınlaşdırılmasa da, pasiyentlərin əhəmiyyətli bir hissəsində qan plazmasında lipidlərin yüksək olduğu aşkar edilmişdir. Qan lipidləri yüksək olan ailə üzvlərində daha çox rast gəlinir.

Genetik meyli var. Ehtimal olunur ki, bu, ailəvi hiperlipidemiyanın, ən çox IIb və III tip ailəvi hiperlipidemiyanın birgə mövcudluğu ilə bağlıdır.

Adətən yavaş irəliləyən bu dəri törəmələri öz-özünə yox olmur təcrübəli dəri həkimi – dermatoloq tərəfindən çıxarılmalıdır. Ksantelazma dəri törəməsinin bədxassəli xərçəngə çevrilmə riski yoxdur.

Ksantelazma yüksək xolesterolun göstəricisidir?

Bəli, ksantelazma dəri törməniz varsa, çox güman ki, sizdə yüksək xolesterol var. Yüksək xolesterol əvvəlcə heç bir əlamət göstərmir. Bir qan testi sizə bu sağlamlıq probleminizin olub-olmadığını söyləyə bilər.

Xolesterolu aşağıdakı yollarla normal səviyyəyə endirə bilərsiniz:

  • Pəhrizinizə daha çox meyvə-tərəvəz və daha az yağlı qidalar əlavə edərək,
  • Daha aktiv həyat tərzinə keçərək,
  • Xolesterolu azaldan dərmanlar qəbul edərək (həkimlə məsləhətləşərək).

Ksantelazma diaqnozu

Ksantelazma diaqnozu test tələb etmir, lakin dermatoloq həkiminiz aşağıdakı testləri tələb edə bilər:

  • Yüksək xolesterolu yoxlamaq üçün xolesterol səviyyəsi,
  • Tiroid probleminiz olub-olmadığını görmək üçün qalxanabənzər vəzinin funksiyası, 
  • Diabetiniz olub-olmadığını öyrənmək üçün qan şəkəri,
  • Qaraciyər xəstəliyiniz olub-olmadığını öyrənmək üçün qaraciyər funksiyası.
Ksantelazma öz-özünə keçə bilərmi?

Xeyr, ksantelazma müalicə edilmədən keçmir. Eyni ölçüdə qala və hətta böyüyə bilər. 
Ksantelazma dəri törəməsini sızanaq kimi çıxara və ya sıxa bilməzsiniz. Evdə özbaşına müalicə etməyə çalışmayın, çünki istifadə edəcəyiniz preparatlar dərinizi yandıra bilər, ona görə də dəri həkiminə müraciət etmək daha doğru addımdır.

Ksantelazma üçün ən yaxşı müalicə hansıdır?

Ksantelazma dəri törəməsinin təcrübəli dermatoloq tərəfindən çıxarılması ən yaxşı müalicə variantıdır. 
Qeyd!
Dermatoloqunuz sizə az yağlı pəhrizə keçməyinizi və statin qəbul etməyinizi tövsiyə edəcəkdir. Qeyd edək ki, bu addımlar sizi mövcud olan ksantelazma dəri törəmənizdən xilas etmir.

Ksantelazma necə çıxarılır?

Ksantelazma dəri törəməsinin çıxarılması üsullarına aşağıdakılar daxildir:
Cərrahiyyə
Maye azot krioterapiyası
Lazer proseduru
Radiotezlik ablasyonu
Kimyəvi peeling
Bu ksantelazma müalicələri effektivdir. Bununla belə, ksantelazma dəri törmələrini çıxarmaq üçün bir neçə seans tələb oluna bilər.
Ksantelazma dəri törəməsi, hansı müalicəni almağınızdan asılı olmayaraq, çıxarıldıqdan sonra geri qayıda bilər. Xolesterolunuzu azaltmaq üçün həkiminizin məsləhətlərinə əməl etsəniz, ksantelazma dəri törəməsinin təkrarlanma riski azala bilər.

Ksantelazma müalicəsi

Müalicənin yan təsirləri

Ksantelazma dəri törəməsini çıxarılmasının yan təsirlərinə aşağıdakılar daxildir:

  • dəri rənginin dəyişməsi
  • çapıqlar
  • ağrı
  • göz qapağının içəriyə çevrilməsi və ya gözünüzə doğru çəkilmiş kimi görünməsi

Ksantelazma müalicəsindən sonra sağalma dövrü hansı müalicəni aldığınızdan asılı olaraq, üç və ya dörd gün çəkə bilər. Bəzi yan təsirlər günlər ərzində yox olur, digərləri isə (dəri rənginin dəyişməsi kimi) bir neçə ay çəkir.

Fəsadsız nəticə üçün ksantelazma dəri törəməsinin təcrübəli dermatoloq tərəfindən müalicə edilməsi mütləqdir.

Ksantelazma dəri törəməsinin qarşısının alınması

Ksantelazma riskinizi bu yollarla azalda bilərsiniz:

  • Əgər varsa, yüksək xolesterolunuzu azaldın.
  • Tütün məmulatlarından istifadə etməyin.
  • Sizin üçün sağlam olan çəkiyə nail olun.
  • Diabet və yüksək təzyiq probleminiz varsa, müalicə alın.

Oxşar məqalələr


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button